Almaniya müharibəyə görə 100 milyard avro itirdi

Almaniya müharibəyə görə 100 milyard avro itirdi

Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyat nəticəsində Almaniya ötən il 100 milyard avro itirib.

AzerTimes xəbər verir ki, bunu Almaniya İqtisadi Tədqiqatlar İnstitutunun prezidenti Marsel Fratsşer deyib.

“2022-ci ildə elektrik enerjisi xərclərinin artması Almaniyaya demək olar ki, 2,5% və ya 100 milyard avroya başa gəlib. Eyni zamanda, növbəti illərdə də xərclər artmağa davam edəcək. Müharibə başlayandan sonra ən çox Almaniya zərər çəkdi. Ölkə Rusiya enerjisindən çox asılı idi”, – Fratsşer bildirib.

Teqlər: