Almaniya tezliklə “mini Taurus” adlanan kamikadze dronların kütləvi şəkildə Ukraynaya tədarükünə başlayacaq.
AzerTimes xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
“Söhbət süni intellekt texnologiyaları ilə təchiz edilmiş “Helsinq” şirkətinin PUA-larından gedir. Bu dronlar Şoltsun təmin etməkdən imtina etdiyi uzaqmənzilli “Taurus” raketləri ilə müqayisə edilir. Onların uçuş məsafəsinin Ukraynanın tipik kamikadze dronlarından dörd dəfə çox olduğu bildirilir. Ümumilikdə şirkətin Ukrayna üçün 4000 belə dron sifariş etdiyi qeyd edilir. Dekabr ayından etibarən onlar ayda bir neçə yüz olmaqla partiya şəklində göndərilə bilər”, – məlumatda deyilib.