Almaniya yığmasının sabiq futbolçusu Lukas Podolski Polşanın “Qurnik” klubu ilə müqaviləsini yeniləyib.
AzerTimes xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Otuz yeddi yaşlı futbolçu ilə 2025-ci ilin yayınadək müqavilə imzalanıb.
Podolski 2021-ci ilin yayından formasını geyindiyi “Qurnik”də 59 oyuna 16 qol vurub, 14 məhsuldar ötürmə edib. Təcrübəli forvard daha əvvəl Almaniyada “Bayern”, “Köln”, İtaliyada “İnter”, İngiltərədə “Arsenal”, Türkiyədə “Qalatasaray” və “Antalyaspor”, Yaponiyada “Vissel Kobe” klublarının da formasını geyinib. O, Almaniya yığmasında 130 oyuna 49 qol vurub.