Almaniya mediasında Qərbi Kaspi Universitetinin pandemiya dövründə tətbiq etdiyi rəqəmsal həllər barədə məqalə dərc olunub

Almaniya mediasında Qərbi Kaspi Universitetinin pandemiya dövründə tətbiq etdiyi rəqəmsal həllər barədə məqalə dərc olunub. Məqalədə universitetin professoru Hüseyn Bağırovun fikirlərinə istinad edilir.

Məqalədə qeyd edilir ki, pandemiya bütün sektorlar, eləcə də təhsil sahəsi qarşısında yeni çağırışlar yaradıb və Qərbi Kaspi Universiteti qısa zamanda tədris formasını, maddi-texniki bazasını yeni vəziyyətə uyğunlaşdırıb.

Qeyd edək ki, universitet tələbələrin onlayn dəsrlərdə iştirakı, biliklərin əlçatanlığı, interaktivliyin təmin olunması baxımından bu dövrdə vacib addımlar atıb.

Əməkdaşlarının və müəllimlərinin onlayn təhsilin təşkili ilə bağlı təlim və seminarlarda iştirakı, 150-dək auditoriyanın maddi-texniki baxımdan onlayn dərslərin təşkili üçün uyğunlaşdırılması, interekativ lövhələrin quraşdırılması, eləcə də yeni vəziyyətə daha çevik adaptasiya olmaq və nəticəyönümlü həllər tapmaq üçün beynəlxalq təşkilatlar və nüfuzlu universitetlərin təcrübələrinin öyrənilməsi ilə universitet təhsilin keyfiyyətini bu fors-major şəraitdə də qorunmağa çalışıb.


Məqalə ilə bu keçiddən tanış olmaq olar:

https://ostexperte.de/wandel-zum-guten-digitale-pandemie-bewaltigung-in-aserbaidschan/?fbclid=IwAR056UCYBoWDJRm6AmVNUhks-eGqXkBlsX7kP2lWkV_faLjchangT0k135Q

Teqlər: