Almaniya COVİD-19 pandemiyası ilə bağlı qapalı ictimai yerlərdə maska taxılması tələbini bərpa edəcək. Ancaq məktəblərin bağlanması və ya komendant saatı olmayacaq.
AzerTimes xəbər verir ki, bu sözləri ölkənin ədliyyə naziri Marko Buşmann deyib.
Buşmann bildirib ki, hakimiyyət payız və qış aylarında koronavirusla mübarizə layihəsini parlamentə sentyabrda təqdim edəcək.
Onun sözlərinə görə, məktəblərin bağlanması və təcridin pandemiyanın 3-cü ili üçün məqbul olmadığı razılaşdırılıb.