Almaniya Litvada əlavə hərbi kontingentin yerləşdirilməsi imkanını istisna etmir.
AzerTimes-ın məlumatına görə, bunu Almaniyanın müdafiə naziri Kristin Lambreht “Funke” mediaqrupuna açıqlamasında deyib.
“Biz hazırda Litva ilə bu məsələdə nəyin məntiqli olduğunu öyrənmək üçün danışıqlar aparırıq”, – deyə nazir bildirib.
Onun sözlərinə görə, Almaniya NATO-nun döyüş qrupuna rəhbərlik etməklə Litvanın təhlükəsizliyinə “artıq mühüm töhfə verir”.
Qeyd edək ki, ABŞ, Almaniya, Kanada və Böyük Britaniyanın rəhbərlik etdiyi “NATO döyüş qrupları” regionda hücumlar zamanı düşməni dayandırmaq və alyans ölkələrindən əlavə qüvvələrin gəlməsi üçün vaxt qazanmaq üçün nəzərdə tutulub.