Almaniyada yerləşən Rostok dəniz limanında “Atlantik Navigator II” gəmisi saxlanılıb.
AzerTimes xəbər verir ki, bu barədə “Norddeutsche Neueste Nachrichten” nəşri məlumat yayıb.
Məlumata görə, bu, AB-nin sanksiyalarını pozan malları daşıyan Rusiya gəmisidir. Gəminin ABŞ-dakı atom elektrik stansiyaları zənginləşdirilmiş uran daşıdığı bildirilir. Gömrük, gəminin səyahətinə davam etməsini qadağan edib. Gəmi üç həftədən artıqdır ki, beynəlxalq limandadır və onu tərk edə bilmir.