Almaniya koronavirusun tədqiqi üçün 1,6 milyard avro ayıracaq

Xəbər - Orxan Nəbiyev – Trend:

Almaniyanın Təhsil və Elmi Tədqiqatlar Nazirliyi koronavirusun tədqiqatları üçün 1,6 milyard avro vəsait ayıracaq.

AzerTimes-ın məlumatına görə, bu barədə nazirlik bildirib.

Həmin məbləğin təxminən 627 milyon avrosu koronavirus vaksininin hazırlanması ilə məşğul olan “BioNTech” və “CureVac” əczaçılıq şirkətlərinə veriləcək.


Bu vəsait Almaniya hökumətinin ötən il ayırdığı 2,9 milyard vəsaitə əlavə olaraq təqdim olunur.

Qeyd olunur ki, Almaniyanın İnfeksion Xəstəliklərin Tədqiqi Mərkəzi 32 milyon avro, Almaniya İnfeksiya Araşdırmaları Mərkəzi isə 5,8 milyon avro vəsait əldə edəcək.