Almaniya hökuməti uzun tərəddüddən sonra Kiyevin xahişi ilə Ukraynaya 18 artilleriya qurğusunun tədarükünü təsdiqləyib.
AzerTimes xəbər verir ki, bu barədə alman mediası yazıb.
Bildirilir ki, söhbət Kiyevin “Krauss-Maffei-Wegmann” (KMW) müdafiə konsernindən sifariş etmək istədiyi 216 milyon avro dəyərində 18 ədəd RCH-155 haubitsasından gedir.
Məlumatına görə, ilk RCH-155 haubitsaları sifarişdən sonra 30 aydan tez olmayaraq təhvil verilməyə hazır ola bilər.
Qeyd olunur ki, Ukraynanın tələbi Almaniya hakimiyyəti tərəfindən dəfələrlə müzakirə edilib, lakin indiyədək heç bir qərar verilməyib. Rəsmi cavab indicə gəlib.