Almaniya hökuməti yaxın vaxtlarda Kiyevə hərbi yardım niyyətilə əlavə 397 milyon avro ayıracaq.
AzerTimes xəbər verir ki, bununla bağlı Almaniya Maliyyə Nazirliyi Bundestaqın Büdcə komitəsinə məktub göndərib.
Pulun Ukrayna Silahlı Qüvvələri üçün hava hücumundan müdafiə vasitələrinin, PUA və hərbi texnikanın alınmasına sərf olunacağı bildirilib.