Almaniya Ukraynaya daha əvvəl vəd etdiyi 600 milyon avro dəyərində hərbi yardım paketini təhvil verib.
AzerTimes xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Berlində səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşündə deyib.
“Biz elə indicə Ukraynaya 600 milyon avro dəyərində yeni, geniş yardım paketi verdik”, – kansler bildirib.
Onun sözlərinə görə, yardım paketinə İRİS-T SLM zenir-raket kompleksi, PDM-lər, tanklar, özüyeriyən haubitsalar, sursatlar və dronlar daxildir.