Almaniya kansleri Olaf Şoltsun Astanaya gözlənilən səfəri Qazaxıstan-Almaniya münasibətlərini yeni səviyyəyə qaldıracaq.
AzerTimes xəbər verir ki, bunu Berlində Qazaxıstan-Almaniya İşgüzar Şurasının növbəti iclasında Qazaxıstan xarici işlər nazirinin müavini Alibek Kuantırov deyib.
“Almaniya federal kansleri Olaf Şoltsun Qazaxıstana gözlənilən səfəri ikitərəfli əlaqələri yeni səviyyəyə çıxaracaq və mövcud iqtisadi əlaqələrin möhkəmlənməsi ilə yanaşı, yeni iqtisadi əlaqələrin yaradılmasına da əlavə təkan verəcək”,- o bildirib.
Kuantırov səfərin mümkün tarixini dəqiqləşdirməyib.