Almaniya müvafiq sistemlərin alınması və qurulması yolu ilə
raketdən müdafiə sistemini gücləndirməyi zəruri hesab edir.
Trend xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts yerli
KİV-ə müsahibəsində bildirib.
Bundan əvvəl, Almaniyanın “Bild” qəzeti yazırdı ki, Şolts digər
problemlərlə yanaşı, Almaniya Silahlı Qüvvələrinin baş müfəttişi
Eberhard Zorn ilə bu məsələni ətraflı müzakirə edib.
Xüsusilə, İsraildən dəyəri 2 milyard avro olan “Arrow 3”
raketdən müdafiə sisteminin alınması imkanını nəzərdən
keçirilmişdir.