Almaniya İsrailin müdafiəsində iştirak edəcək?

Almaniya İsrailin müdafiəsində iştirak edəcək?

Bundesverin (Almaniya ordusu – red.) İranın mümkün hücumu zamanı İsrailin müdafiəsində iştirakı gündəmdə deyil.

AzerTimes xəbər verir ki, bunu Almaniya müdafiə naziri Boris Pistorius deyib.

O bildirib ki, bunun üçün Bundestaqın razılığı vacib şərtdir.

Müdafiə Nazirliyinin rəhbəri əlavə edib ki, bu cür potensial iştirak onun üçün tamamilə ağlasığmazdır.

Pistoriusun sözlərinə görə, hazırda bu məsələ ümumiyyətlə müzakirə olunmur.

Teqlər: