Almaniya İnkişaf Bankı Gürcüstanda enerji səmərəliliyinin artırılmasına dəstək verəcək (ÖZƏL)

Xəbər - Maryana Əhmədova – Trend:

Almaniya İnkişaf Bankı (KfW) Gürcüstanda ölkənin enerji
səmərəliliyini artırmaq üçün Aİ və Avropa Yenidənqurma və İnkişaf
Bankı (AYİB) ilə əməkdaşlıq çərçivəsində yeni proqrama start
verməyi planlaşdırır.

Bu barədə Trend-ə Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf
üzrə Federal Nazirliyindən bildiriblər.

Bildirilib ki, Almaniyanın Gürcüstanda enerji sektorunun
inkişafında əməkdaşlığının əsas istiqamətləri elektrik ötürücü
xətlərin və yarımstansiyaların bərpası və tikintisi, enerji
səmərəliliyi və enerji siyasətində islahatlardır.

Gürcüstanın enerji sektorunda islahatlar proqramı artıq KfW
tərəfindən Fransa İnkişaf Agentliyi (AFD) və Aİ ilə birgə həyata
keçirilir.


“Almaniya Gürcüstanın enerji sektorunda ən mühüm donorlardan
biridir və 20 ildən artıqdır ki, bu sahədə ölkə ilə əməkdaşlıq
edir. Bunun nəticəsidir ki, Gürcüstan hazırda Avropa Enerji
İttifaqının tamhüquqlu üzvüdür”, – deyə Nazirlikdən
bildiriblər.

Qeyd edilib ki, Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə
Federal Nazirliyi “yaşıl” iqtisadiyyata keçid yolunda Gürcüstanı
dəstəkləməyə davam edəcək..

Teqlər: