Almaniya İngiltərəni koronavirus mutasiyaların yayılma zonası elan etdi

Almaniya hökuməti, omikron ştammına görə, Böyük Britaniyanı dekabrın 20-dən koronavirus mutasiyalarının geniş yayıldığı ölkələr və bölgələr siyahısına əlavə edir.

Trend xəbər verir ki, bu barədə Almaniya Səhiyyə Nazirliyi yanında virusologiya üzrə ixtisaslaşmış Robert Kox İnstitutu bildirib.

Beləki, mutasiyaların yayılma zonaları siyahısına daxil edilmə əhəmiyyətli səyahət məhdudiyyətlərinə səbəb olur. Böyük Britaniyadan Almaniyaya gələn hər kəs peyvənd olmağından və ya xəstələnib sağalmağından asılı olmayaraq 14 günlük karantinə alınacaq.

Teqlər: