Almaniya ilə danışıqlara başlamışıq, ABŞ da… – Kuleba

Almaniya ilə danışıqlara başlamışıq, ABŞ da… – Kuleba

Ukrayna Almaniya ilə “Patriot” hava hücumundan müdafiə sistemlərinin təhvil verilməsi ilə bağlı danışıqlara başlayıb.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba danışıb.

“Onların (“Patriot”ların -red.) ölkəmizin qərb bölgələrində yerləşdirilməsi Polşanı və digər NATO ölkələrini istənilən insidentdən qorumaq üçün ən yaxşı vasitədir.

Biz ABŞ-la bu məsələləri qaldırmışıq, çünki onlar “Patriot” texnologiyasına sahibdirlər. Mən də NATO və ATƏT nazirlərinin görüşlərindən istifadə edərək, bizə müsbət qərar verməkdə kömək edə biləcək hər kəslə danışıram”, – Kuleba söyləyib.

Teqlər: