Almaniya COVİD-ə qarşı peyvənd olunmayanlar üçün daha sərt məhdudiyyətlər tətbiq edir

Almaniya ölkədə COVID-19 koronavirus pandemiyasının dördüncü dalğası ilə mübarizə məqsədiylə peyvənd olunmamış insanlar üçün daha sərt qaydalar tətbiq edəcək.

Trend xəbər verir ki, federal və əyalət hökumətləri tərəfindən təsdiqlənmiş 2G qaydaları (“geimpft” peyvənd olunmuş və “genesen” koronavirusa yoiluxub sağalan) pərakəndə satış obyektlərinə tətbiq ediləcək. Bu o deməkdir ki, yalnız peyvənd olunmuş və sağalmış xəstələr mağazalardan alış-veriş edə biləcəklər. Bununla belə, ilk tələbat malları olan marketlər istisna olacaq.


Kansler vəzifələrini icra edən Angela Merkel varisi Olaf Şolz və federal əyalətlərin hökumət başçıları ilə görüşdən sonra mətbuat konfransı zamanı bildirib ki, ölkədə vəziyyət ağırdır. Onun sözlərinə görə, COVID-19-a qarşı daha sərt tədbirlər yoluxma sayını azaltmaq və ölkənin səhiyyə sisteminə təzyiqi azaltmaq üçün lazım olan “milli həmrəylik aktıdır”.

Teqlər: