Almaniya: Çinlə diqqətli olmalıyıq!

Almaniya: Çinlə diqqətli olmalıyıq!

Çin ilə iqtisadi əlaqələrdə diqqətli olmalıyıq. İqtisadi asılılıq bizi siyasi olaraq şantaja məruz qoyur.

AzerTimes xəbər verir ki, bu sözləri Almaniya xarici işlər naziri Annalena Berbok deyib.

“Dəyərlərimizi paylaşmayan heç bir ölkədən asılı olmamalıyıq. İqtisadi asılılıq bizi siyasi şantaja məruz qoyur. Bu səhvi ikinci dəfə etməməliyik. Çin özünü dünyadan təcrid etdi və Tayvana qarşı hərbi hərəkat başlatmaq təhdidi etdi. Beynəlxalq qaydalar yerinə öz qaydalarını diktə etməyə çalışır. Bu səbəbdən Avropa olaraq Çinə qarşı Asiyada alternativ bazarlar açaraq riskləri zərərsizləşdirməliyik, – deyə XİN rəhbəri bildirib.

Teqlər: