Almaniya Cənubi Afrika Respublikasına Afrika qitəsində istifadə edilə bilən koronavirus əleyhinə peyvənd istehsalı üçün maliyyə yardımı etməyə hazırdır.
AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Almaniyanın səhiyyə naziri Yens Şpana bildirib.
Səhiyyə Nazirliyinin başçısı Cənubi Afrika Respublikasının paytaxtı, Qautenq vilayətinin inzibati mərkəzinə səfər edərkən alman hökumətinin bu məqsədlər üçün 50 milyon avroya qədər pul ayırmağa hazır olduğunu açıqlayıb.Hazırda Afrika koronavirus peyvəndlərinin təxminən 99 faizini idxal edir.