İyulun 8-də Almaniya hökuməti qaz təchizatında yaranmış gərgin vəziyyətlə əlaqədar fövqəladə vəziyyət elan edəcək.
AzerTimes xəbər verir ki, bu barədə “Frankfurter Allgemeine Zeitung” nəşri məlumat yayıb.
Bildirilib ki, indi Almaniyada enerji təhlükəsizliyinin təmin edilməsi üçün fövqəladə planın bir hissəsi kimi birinci hazırlıq dərəcəsi elan edilib. Bu, Almaniya Federal Şəbəkə Agentliyini təbii qaz təchizatı ilə bağlı vəziyyət haqqında gündəlik məlumat verməyə və vəziyyətə daim nəzarətə vadar edir. İkinci mərhələdə isə hökumət şirkətlərə təbii qaza qənaət etməyi tövsiyə edəcək. Bu şərtlər çərçivəsində vəziyyət hələ də tənzimlənə bilər, lakin əlavə qiymət artımları mümkündür.
Qeyd edək ki, Rusiya Qərbə Şimal Axını-1 kəməri ilə təbii qaz tədarükünü 40% azaldıb.