Almaniya IRIS-T hava hücumundan müdafiə sisteminin istehsalını yayın sonunda tam başa çatdıqdan sonra Ukraynaya göndərəcək. Bundan əlavə, ölkə Ukraynaya haubitsalar da göndərəcək.
AzerTimes xəbər verir ki, bu barədə Almaniya xarici işlər naziri Annalena Berbok deyib.
“Bir çox Avropa dövlətləri kimi problemimiz odur ki, Ukraynanın ehtiyac duyduğu çox şey bizdə də yoxdur. Ona görə də biz Ukraynaya hazırda istehsal mərhələsində olan IRIS-T ən müasir hava hücumundan müdafiə sistemlərini göndərəcəyik. Ukraynaya silah tədarükü məsələsi yer uğrunda yarış deyil, söhbət bütün beynəlxalq ictimaiyyətin, NATO üzvü olan ölkələrin Ukraynaya birgə dəstəyindən gedir”, – Berbok bildirib.