Almaniya Ukraynaya hərbi yardımının daha bir hissəsini təhvil verib.
AzerTimes xəbər verir ki, bu barədə Almaniya hökümətinin rəsmi saytı məlumat yayıb.
Məlumata görə, yardım paketinə dörd mina təmizləmə tankı, 4 mobil və təhlükəsiz minatəmizləmə sistemi, sərhəd mühafizəsi üçün 10 avtomobil və 120 mobil istilik sistemi daxildir.