Almaniya Moldovaya ordu üçün PUA-lar, eləcə də digər hərbi texnika əldə etməyə kömək edəcək.
AzerTimes xəbər verir ki, bunu Moldovada səfərdə olan Almaniyanın müdafiə naziri Kristin Lambrext deyib.
Qeyd edək ki, bundan əvvəl Moldovanın müdafiə naziri Anatoli Nosatiy hazırda ölkədəki hərbi avadanlıqların Sovet dövründən qaldığını bildirmişdi.