Almaniya 4,8 min hərbçidən ibarət Bundesver briqadasını daimi yerləşdirmə üçün Litvaya göndərəcək.
AzerTimes xəbər verir ki, bu barədə Almaniyanın Litvadakı səfiri Kornelius Çimerman məlumat verib.
Onun sözlərinə görə, 200 zəruri mülki heyətin də Litvaya göndərilməsi planlaşdırılır:
“Bundesver qoşunları Litvaya tədricən köçürüləcək. Bu kontingentin addım-addım artırılması daha məntiqlidir”.