Almaniya bu ölkələrdən “Patriot”larını çıxarır

Almaniya bu ölkələrdən “Patriot”larını çıxarır

Almaniya “Patriot” sistemlərini 2023-cü ilin iyununa qədər Polşadan çıxaracaq.

AzerTimes xəbər verir ki, bu barədə Almaniya mediası Federal Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

Həmçinin, 2023-cü ilin sonuna qədər “Patriot” sistemlərinin Slovakiyadan da çıxarılacağı bildirilir.

Almaniya MN məsələ ilə bağlı artıq ölkələrin məlumatlandırıldığını qeyd edib.

Xatırladaq ki, raket sistemləri 2023-cü ilin yanvarında ölkə ərazisinə mərmi düşəndən sonra Polşaya təhvil verilmişdi.

Teqlər: