Almaniya bu işçilərin ölkəyə girişini asanlaşdırır

Almaniya bu işçilərin ölkəyə girişini asanlaşdırır

Almaniya Bundestaqı Avropa Birliyi xaricindən olan ixtisaslı işçilərin ölkəyə girişini asanlaşdıracaq yeni qanun layihəsinin lehinə səs verib.

AzerTimes xəbər verir ki, Almaniya Sosial Demokrat Partiyası, Yaşıllar və Azad Demokrat Partiyasından olan 388 deputat qanun layihəsinin lehinə səs verib. Layihənin əleyhinə 234 deputat səs verib, 31 deputat bitərəf qalıb.

Almaniyanın daxili işlər naziri Nensi Fezer sənədi miqrasiya sahəsində ən müasir qanun layihəsi adlandırıb.

Teqlər: