Almaniya Azərbaycanın Vətən müharibəsindəki qələbəsini həzm edə bilmir – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Bəzi dairələr, özünü “demokratiyanın beşiyi” sayan bəzi ölkələr 44 günlük Vətən müharibəsi dövründə də, ondan sonrakı dövrdə də Azərbaycanın parlaq qələbəsini həzm edə bilmirər.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, görünür həmin ölkələrin siyasətçiləri erməni diasporu və erməni lobbisinin təsiri altına düşüblər, onlarla müxtəlif vaxtlarda korrupsiya hallarına qoşulublar:

“Eyni zamanda bu ölkələrdə islamafob meyillər, iqrçilik, ayrı-seçkilik geniş yayıldığına görə bu ölkələr hələ də Azərbaycanın parlaq qələbəsini həzm edə bilmir. Bu ölkələrdən biri də özünü Avropanın demokratiya mərkəzi hesab edən ölkələrdən olan Almaniyadır.

Almaniya istər Vətən müharibəsi boyunca, istərsə də ondan sonrakı mərhələdə birmənalı olaraq Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirib. Hələ 44 günlük Vətən müharibəsi dövründə də Almaniya rəsmiləri əsassz iddialar ilə çıxış edirdilər. Elə bu günlərdə də Almaniyada hökumətə bağlı olan media qurumlarında da Azərbaycana qarşı qərəzli bəyanatlar verilir, arqumentsiz, məntiqsiz materiallar çap edilir.

Heç bir faktlara söykənməyən, yalnız böhtan xarakteri daşıyan materialların verilməsi əlbəttə ki, bu siyasətçilərin özlərinin, ümumilikdə Almaniya hökumətinin nə qədər səriştəsiz bir hakimiyyətə çevrilməsini göstərir. Bu gün də təsadüfi deyil ki, Almaniyanın Azərbaycandakı səfiri diplomatik korpus nümayəndələrinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərinə qoşulmur, tapşırıq əsasında nümayişkəranə şəkildə bu səfərlərdən imtina edir”.

Deputat qeyd edib ki, eyni zamanda Gürcüstanda fəaliyyət göstərən bəzi Almaniya institutları Azərbaycana qarşı xüsusi kampaniya aparmağa başlayıblar:

“Digər bir tərəfdən Almaniya Azərbaycanın NATO və Avropa İttifaqı ilə əlaqələr qurmasında problem yaratmağa çalışır və ölkəmizin NATO təlimlərində iştirakına da mane olmağa cəhd göstərir.

Hazırda Almaniyanın özündə istər iqtisadi durum, istər daxili siyasi münasibətlərin tənzimlənməsində çox ciddi problemlər mövcuddur. COVİD-19-a qarşı effektiv tədbirlər həyata keçirə bilməyən Almaniya hökuməti bu gün çox ciddi maliyyə-iqtisadi problemlərlə üz-üzədir. Həmçinin Almaniyada irqçilik, digər xalqların nümayəndələrinə qarşı dözümsüzlük, islamofobiya geniş vüsət alıb, hakimiyyət bu neqativ tendensiyanın qarşısının alınmasında acizlik nümayiş etdirir. Bu, Almaniyanın daxilində nə qədər qeyri-stabil vəziyyətin olduğunu bir daha açıq şəkildə nümayiş etdirir.

Almaniyanın özündə zaman-zaman ifşa olunan çox ciddi korrupsiya halları mövcuddur. Bu faktlar onu göstərir ki, özünü demokratiyanın nümunəsi kimi təqdim edən ölkələrdə də bu hallar səciyyəvidir və qaçılmazdır.

Onlar ölkə daxilindəki problemləri xaricdə axtarmağa, başqa ölkələr üzərində cəmləşdirməyə çalışırlar”.

Teqlər: