Almaniya Azərbaycanı COVID-19 ilə əlaqədar yüksəkriskli ölkələr sırasından çıxarıb

Almaniya Azərbaycanı COVID-19 pandemiyası ilə əlaqədar yüksəkriskli ölkələr sırasından çıxarıb.

AzerTimes bu barədə Almaniya Federal Səhiyyə Nazirliyinin Robert Kox İnstitutuna istinadən məlumat verir.

Yenilənmiş siyahı iyunun 11-də dərc olunub. Təhlükəsiz ölkələr siyahısında Kanada, ABŞ, Xorvatiya, İsveçrə, Norveç kimi ölkələr yer alıb.

Qeyd edək ki, bu günədək Azərbaycanda 334 992 nəfər koronavirusa yoluxub. Onlardan 327 907 nəfəri sağlıb, 4 951 nəfəri vəfat edib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: