Xəbər - Ləman Zeynalova, Orxan Nəbiyev – Trend:
Almaniya enerji səmərəliliyi və bərpa olunan enerji mənbələri sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir.
Bunu AzerTimes-a Almaniya Federal Xarici İşlər Nazirliyindən mənbə bildirib.
Qeyd olunub ki, Almaniya “Cənub Qaz Dəhlizi”ni Avropaya enerji daşıyıcılarının nəqlinin şaxələndirilməsi baxımından vacib töhfə hesab edir:
“Avropanın iqlim hədəfləri ilə, eləcə də qlobal səviyyədə yaşıl enerjiyə keçidlə əlaqədar biz enerji səmərəliliyi və bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığı genişləndirmək niyyətindəyik”.