Almaniya COVAX mexanizmi vasitəsi ilə Afrikaya 70 milyon doza koronavirusa qarşı peyvəndi ayıracaq.
AzerTimes-ın məlumatına görə, bu barədə Almaniya Kansleri Angela Merkel bir Afrika dövlətlərinin liderləri ilə görüşündən sonra Berlində keçirilən mətbuat konfransında deyib.
A.Merkel bildirib: “Almaniya bu il COVAX mexanizmi vasitəsi ilə 30 yox, 70 milyon doz vaksin ayıra biləcək. Peyvəndlərin ən qısa zamanda Afrikadakı insanlara çatdırılması lazımdır”.