Almaniya 38 Azərbaycan vətəndaşını geri göndərib

“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz
yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 29
mart tarixində 38 nəfər Azərbaycan Respublikası vətəndaşı Almaniya
Federativ Respublikasından ölkəyə geri qəbul edilib.

Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsindən
AzerTimes-a verilən məlumata görə,
geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın
pandemiya ilə əlaqədar müəyyən etdiyi qaydalar çərçivəsində həyata
keçirilib.

Qeyd edək ki, fəaliyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən
əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan
Azərbaycan Respublikası vətəndaşlarının yerli cəmiyyətə
reinteqrasiyası və üzləşə biləcəkləri mümkün çətinliklərin həlli
istiqamətində müvafiq tədbirlər həyata keçirir.

Teqlər: