Almaniya 319 Azərbaycan vətəndaşına rədd cavabı verdi

Almaniya 319 Azərbaycan vətəndaşına rədd cavabı verdi

Almaniyadan sığınacaq istəyən Azərbaycan vətəndaşlarının yeni statistikası açıqlanıb.

AzerTimes xəbər verir ki, bu barədə Almaniya Miqrasiya və Qaçqınlarla İş üzrə Federal İdarəsi (BAMF) məlumat yayıb.

Bildirilib ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan vətəndaşları ilə əlaqədar ümumilikdə 792 işlə bağlı qərar qəbul edilib:

“Sığınacaq müraciətlərindən 319-na rədd cavabı verilib və yalnız 53 nəfərin Almaniyada qalması məqbul sayılıb”.

Bundan əlavə, BAMF Azərbaycan vətəndaşları tərəfindən daxil olan 420 ərizəyə baxılmasını dayandırıb.

Federal İdarədən həmçinin vurğulanıb ki, sığınacaq ərizəsi qəbul olunmayan şəxslərə ölkəni könüllü tərk edmələri ilə bağlı xəbərdarlıq olunub.

Teqlər: