Alman təyyarəsi Rusiya sərhədində: Su-27 havalandı…

Alman təyyarəsi Rusiya sərhədində: Su-27 havalandı…

Almaniyanın “R-3C Orion” hərbi təyyarəsi Baltik dənizi üzərində Rusiya sərhədinə yaxınlaşıb.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, dövlət sərhədinin pozulmasının qarşısının alınması məqsədilə Qərb Hərbi Dairəsinin hava hücumundan müdafiə qüvvələrinə məxsus Su-27 qırıcısı havaya qaldırılıb:

“Heç bir pozuntu qeydə alınmayıb, alman təyyarəsi geri dönmək məcburiyyətində qalıb”.

Teqlər: