Alman təyyarələri Türkiyəni tərk edir

Alman təyyarələri Türkiyəni tərk edir

Almaniya təyyarələri Türkiyənin “İncirlik” hərbi bazasını tərk edir.

Bildirilir ki, əvvəlcə yanacaqdoldurma təyyarələri, sonra isə “Tornado” kəşfiyyatçı-bombardmançılar İordaniyaya göndəriləcək.

Bundan başqa, təxminən 260 alman hərbçisi bazanı tərk edəcək.

Türkiyə hökuməti buna cavab olaraq Bundestaq nümayəndə heyətinin bazaya girişini qadağan edib. Alman təyyarələrinin “İncirlik”dən çıxarılması haqqında qərar təkrar qadağadan sonra qəbul edilib.