Almaniyanın bütün təhlükəsizlik arxitekturasını dəyişdirmək, xüsusən də Amerika Milli Təhlükəsizlik Agentliyi (NSA) və ya Britaniya Hökuməti Kommunikasiya Mərkəzi (GCHQ) kimi bir kəşfiyyat agentliyi yaratmaq vacibdir.
AzerTimes xəbər verir ki, bunu Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbərləri Auqust Hanninq və Herhard Şindler “Bild am Sonntag” nəşri üçün yazdıqları məqalədə bildiriblər.
“Kanslerin Almaniya ordusu bağlı elan etdiyi dönüş nöqtəsi təkcə hərbi əməliyyatların klassik aparılmasına qayıtmaq demək deyil, həm də ölkəmizin bütün təhlükəsizlik arxitekturasında dəyişiklik tələb edir”, – məqalədə qeyd olunub.
Onların sözlərinə görə, Almaniya xüsusi xidmət orqanları ifrad nəzarətdən əziyyət çəkir:
“Məxfi xidmət orqanlarını ağızlıq taxılmış və dəmir zəncirli dişsiz gözətçi itinə çevirmək olmaz. Tərəfdaşlarla ayaqlaşmaq üçün yeni texniki xidmət yaratmaq lazımdır”.