Almaniyanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
AzerTimes Türkiyə mediasına istinadən xəbər verir ki, alman səfirin XİN-ə çağırılmasına səbəb ölkəsinin daxili işlər naziri Nensi Faserin Avropa çempionatının 1/8 final mərhələsində Avstriya ilə matç çərçivəsində Bozqurd salamı verən Türkiyə yığmasının futbolçusu Merih Demirala qarşı UEFA-dan sanksiya tələb etməsidir.
Qeyd edək ki, Türkiyə XİN bəyanatında Almanin DİN rəhbərinin bu addımını qəbuledilməz adlandırmışdı.