Müharibə zamanı Almaniya ordusunun əsas bölmələri ən çox iki günlük döyüşə tab gətirə biləcəklər.
AzerTimes xəbər verir ki, bunu Bundestaqın deputatı Yohan Vadeful deyib.
“Ukraynaya silah tədarükü düzgün və məqsədəuyğun qərar idi, amma bu, ordunun ehtiyatlarına ciddi zərbə vurdu. Əsas hərbi hissələr ən çox iki gün döyüşə tab gətirə bilər. Ümumilikdə bu, fəlakətli nəticədir”, – deputat bildirib.