Almaniyanın “Stern” nəşri Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanovun yaralanması və komada olması ilə bağlı rusların yaydığı məlumatı təkzib edib.
AzerTimes xəbər verir ki, bu barədə nəşr özünün yaydığı məlumatda qeyd edib.
“Rusların bizi ilkin mənbə kimi göstərməsi feykdir. Rusiya təbliğatçıları “Stern”ə istinadla məlumat yayıblar ki, Ukarayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Berlindəki xəstəxanadadır. Amma bu, uydurmadır”, – nəşr bildirib.
Bildirilib ki, “Stern” heç vaxt belə bir məlumat yaymayıb.