Alman nazir: ukraynalı qaçqınlara baxmaq çətinləşir!

Alman nazir: ukraynalı qaçqınlara baxmaq çətinləşir!

Almaniyaya gələn ukraynalı qaçqınların sayı 1 milyonu ötüb.

AzerTimes xəbər verir ki, bu barədə Almaniya daxili işlər naziri Nensi Fezer deyib.

O, indiyədək ölkəsində 1 milyon 2 min 763 qaçqının qeydiyyata alındığını bildirib:

“Bu qədər insana baxmaq böyük əmək tələb edir. Bir çox ukraynalı qadın və uşağın həyatını xilas etdik. Müharibə nə qədər uzun davam edərsə, bu qədər miqranta ev sahibliyi etmək və onların qayğısına qalmaq çətinləşir”.

Nazir həmçinin Ukrayna ilə yanaşı, Aralıq dənizi və Balkan yarımadası marşrutları üzrə də xeyli miqrantın Avropaya üz tutduğunu və bundan narahat olduğunu bildirib.

Teqlər: