İndiki rəhbərlik dövründə Rusiya Avropanın təhlükəsizliyinə əsas təhdid yaradır.
AzerTimes xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok X səhifəsində yazıb.
“Biz Rusiya ilə fərqli münasibət istəyirik, amma acı həqiqət budur: Putinin Rusiyası hazırda Avropada bizim və dünyamız üçün təhlükəsizliyə ən böyük təhdididir”, – deyə nazir bildirib.