Almaniya Federal Kəşfiyyat Xidməti (BND) kadr çatışmazlığı səbəbindən işində çətinliklərlə üzləşib.
AzerTimes xəbər verir ki, bu barədə “Bild” yazıb.
“İki problem BND üçün uğurlu xarici kəşfiyyatı demək olar ki, qeyri-mümkün edir: agent çatışmazlığı və hüquqi məhdudiyyətlər”, – nəşr bildirib.
Bildirilib ki, hazırda BND-nin 6500 əməkdaşı var, 700 iş yeri isə boşdur.
“Rotasiya prinsipi də Almaniya xarici kəşfiyyatının işini çətinləşdirir. Şimali Koreyanın raket proqramı ilə məşğul olan mütəxəssislər vaxtaşırı yenidən hazırlıq keçməyə və maliyyə məsələləri ilə məşğul olmağa məcbur olurlar. Rus dili mütəxəssisi çatışmazlığına baxmayaraq, Rusiya üzrə ekspertlər Cənubi Amerika narkotik kartelləri mövzusuna keçməlidirlər”, – məlumatda qeyd olunub.