Alman diplomat İran XİN-ə çağırıldı – Səbəb

Alman diplomat İran XİN-ə çağırıldı – Səbəb

Almaniyanın Tehrandakı müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb.

AzerTimes xəbər verir ki, XİN alman diplomata Berlinin İran konsulluqlarını bağlamaq qərarına etirazını bildirib.

Qeyd edək ki, Almaniya hökuməti İranın ölkədəki bütün baş konsulluqlarını bağlamaq qərarına gəlib.

Almaniya hakimiyyətinin bu qərarı İran və Almaniya vətəndaşlığı olan Cəmşid Şarməhdin İranda edam edilməsinə reaksiyadır.

Teqlər: