Alman dəmiryolçları 6 günlük tətilə başlayır

Alman dəmiryolçları 6 günlük tətilə başlayır

Almaniya Maşınistlər İttifaqı (GDL) sabahdan başlayaraq yanvarın 29-dək davam edəcək böyük tətilə hazırlaşır.

AzerTimes xəbər verir ki, Alman Dəmir Yolları ilə əmək haqqının artırılması danışıqları bir daha uğursuz nəticələndikdən sonra GDL son 3 ayda dördüncü dəfə tətil etmək qərarına gəlib.

Alman Dəmir Yolları altı günlük tətil zamanı ümummilli dəmiryol şəbəkəsində böyük fasilələr olacağı barədə xəbərdarlıq edib.

Teqlər: