Alma sirkəsi – alma şirəsinin qıcqırmış halıdır. Alma şirəsinin qıcqırdığı zaman sirkə turşusu əmələ gəlir. Nəticədə tərkibi tam olaraq başqa bir məhlul alınır.
Alma sirkəsinin tərkibi A, B1, B2, B6, C, E vitaminləri və dəmir, kaliy, kalsiy, maqniy, mis, natriy, fosfor və xlor kimi lazımlı mikroelementlərlə zəngindir. Həmçinin pektin kimi lazımlı maddə də bu məhlulun tərkibində vardır.
Alma sirkəsini uzun zamandır ki xarici prosedurlar üçün istifadə edirlər(dəri üçün xeyirlidir). Son zamanlar bir çox insanların onu daxilə qəbul etməsini də eşidirik.
Tərkibinə görə bu məhlul aşağıdaki xüsusiyyətlərə malikdir:
– maddələr mübadiləsini stimullaşdırır, karbohidrat və yağların parçalanmasına səbəb olur.
– maddələr mübadiləsinin stimullaşması səbəbindən, insanın şirniyə olan meylini azaldır.
– iştahı azalda bilir.
– iltihab əleyhi və qurd əleyhi xüsusiyyətə malikdir.
– tərkibində kaliy elementinin yüksək miqdarda olması, sinir sisteminin normallaşması və sakitləşməsi üçün çox lazımlıdır.
– saçların yaxalnamsaı üçün yaxşı vasitədir.
– 40 yaşdan sonra üz dərisinin rəngini yaxşılaşdırır.
Alma sirkəsinin ziyanı:
Qastrit xəstələri üçün qadağandır. Hansı sirkə (alma, üzüm, spirt)olmasından asılı olmayaraq – turşu olduğundan, diş emalını korlayır. Xoşagəlməz nəticələrlə üzləşməmək üçün sirkəni saman çöpü(truboçka) vasitəsi ilə içmək və ya içdikdən sonra ağız boşluğunu yaxalanmaq məsləhətdir.
Sirkə və selulit:
Bu məhlulu dəriyə qulluq vasitəsi kimi uzun zamandır istifadə edirlər. Belə ki selulit olan problemli zonalara sirkə sürtmək məsləhət görülür. Sirkə, dərini hamarlaşdırır, ona möhkəmlik verir və həcmi azaldır. Eyni zamanda ayaqlarda olan yorğunluq və ağırlıq hissini götürür.