Allergiyanın bütün növləri vaksinə qarşı əks-göstəriş hesab edilmir – Mütəxəssis

Xəbər - Çingiz Səfərli – Trend:

Bu gün Avropanın, ABŞ-ın heç bir kliniki mərkəzində vaksinasiyadan əvvəl xroniki xəstəliyə görə ilkin analizlərin aparılması müzakirə mövzusu deyil.

Trend xəbər verir ki, bunu millət vəkili, həkim Rəşad Mahmudov deyib. O, bildirib ki, bu gün istifadə olunan peyvəndlərin hansı şəraitdə vurulmasından asılı olmayaraq əks-göstəriş yoxdur:

“Sadəcə çox nadir xəstəliklərin kəskin dozasında peyvənd məsləhət görülmür. Birinci peyvənd olunmalı şəxslər risk qrupunda olan ürək-damar, şəkərli diabet, təzyiq və onların ən ağır formaları olan xəstələrdir. Həmçinin xərçəng xəstələrinin qan analizləri normala düşən kimi ən erkən müddətdə vaksin olunmalıdırlar. Allergiyanın bütün növləri əks-göstəriş hesab edilmir. Çox nadir xəstəliklərin kəskin mərhələsi bitdikdən sonra peyvənd vurdurula bilər. Məsələn SPİD xəstəliyi. Bu qədər mürəkkəb xəstəliklərdə peyvəndə icazə varsa, bu gün əllərində allerjik-rinit, payızda hər hansısa polenlərə qarşı allergiya ilə bağlı əks-göstəriş kitabçası üçün qapı-qapı dolaşan insanlara deyirəm ki, bunu hansısa yollarla ala bilərsiniz. Amma bu, başqasının yox, sizin sağlamlıq məsələnizdir”.


Twitter:@cingizsafarli

Teqlər: