Allahşükür Paşazadə Vatikanda Roma Papası ilə görüşüb

Roma Papası I Fransisk Vatikanda Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxüsilam Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi dinlərarası nümayəndə heyətini qəbul edib.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Fransadakı və Vatikandakı səfiri Rəhman Mustafayev öz “Twitter” səhifəsində yazıb.

Onun sözlərnə görə, görüş zamanı Cənubi Qafqazda əməkdaşlıq, sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verə biləcək addımlar müzakirə olunub.

Azərbaycanın tolerantlıq və dinlərarası dialoq üzrə siyasəti Vatikan tərəfindən yüksək qiymətləndirilib.

Teqlər: