Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına gedir

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür
Paşazadə mayın 10-da Səudiyyə Ərəbistanına səfərə yola düşür.

İdarədən AzerTimes-a verilən
məlumata görə, Məkkəyə səfərdən öncə QMİ sədri Şeyxülislam A.
Paşazadə Ulu Öndərin Anım günündə – anadan olmasının 99-cu
ildönümündə Fəxri Xiyabanı ziyarət edərək Heydər Əliyevin məzarı
başında əziz xatirəsini yad etdi, ruhuna dualar oxudu. Daha sonra
Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik
Zərifə xanım Əliyevanın xatirəsini yad edərək məzarı başında ruhunu
yad etdi.

Məkkə və Mədinədə Ümrə ziyarəti həyata keçirəcək Şeyxülislam A.
Paşazadə şəhidlərimizi yad edəcər Allahdan rəhmət diləyəcək,
ruhları üçün dualar edəcəkdir.

Səudiyyə Ərəbistanına səfər çərçivəsində Şeyxülislam A. Paşazadə
İslam Aləmi Liqasının – Rabitə təşkilatının 11 may tarixində
Krallığın paytaxtı Ər-Riyadda «Dinlərin davamçılarının ortaq
dəyərləri» mövzusunda keçirəcəyi beynəlxalq konfransda iştirak
edəcəkdir.

Tədbirdə sülhə, dinlərarası və sivilizasiyalararası dialoqun
müasir problemləri, müxtəlif dinlərin sülh və harmoniyaya böyük
töhfələr verə biləcək ortaq dəyərləri müzakirə ediləcəkdir. İslam
Aləmi Liqasının Baş katibi Dr. Əbdülkərim Əl-İsa cənablarının dəvət
məktubunda bu sahədə «töhfələr verəcək şəxslərin öncüllərindən»
kimi dəyərləndirdiyi QMİ sədri Şeyxülislam A. Paşazadə Konfransda
məruzə ilə çıxış edəcək.

Səudiyyə Ərəbistanın kralı, İki Müqəddəs Ocağın Xadimi,
Əlahəzrət Kral Salman bin Əbdüləziz Əl-Saud həzrətləri və Vəliəhd –
Məhəmməd bin Salman həzrətlərinin beynəlxalq konfrans iştirakçıları
ilə görüşü mümkündür.

Teqlər: