Rusiyanın Ukraynaya hücumundan sonra ölkəsini tərk edən SSRİ Xalq artisti Alla Puqaçova vətəninə qayıdıb.
AzerTimes xəbər verir ki, sənətçi işlərini həll etmək üçün Moskvaya gəldiyini bildirib.
Sosial şəbəkə istifadəçiləri müğənninin qayıtmasının səbəbini övladlarının yeni tədris ilinə başlayacağı ilə əlaqələndiriblər.
Qeyd edək ki, Puqaçova şoumen həyat yoldaşı Maksim Qalkin və uşaqları ilə birlikdə Rusiyanın Ukraynaya hücumundan sonra İsrailə köçmüşdü.