Məşhur müğənni Alla Puqaçova Rusiyadakı şirkətini ləğv etmək qərarına gəlib.
AzerTimes xəbər verir ki, bu barədə “Oktaqon Media” hüquqi sənədlərə istinadla məlumat yayıb.
Məlumata görə, ulduz müğənni noyabrın 23-də ona məxsus olan ABP şirkətinin ləğv edilməsi üçün ərizə verib.
Şou-biznes üzrə ixtisaslaşan şirkət Alla Puqaçovanın konsertlərini təşkil edir və “Radio Alla”nın işini aparırdı.